Accessibility links

Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamə Nümayəndələr Palatasında səsə qoyulmadı


Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamə Nümayəndələr Palatasında səsə qoyulmadı

Ermənilərin iddia etdiyi soyqırıma dair qətnamə Nümayəndələr Palatasında səsə qoyulmadı

Qətnamənin gündəmdən düşməsi ABŞ və Türkiyə arasında diplomatik münaqişənin qarşısını almış oldu

Amerika Konqresinin Nümayəndələr Palatası bu gün sonuncu sessiyasını ermənilərin iddia etdiyi soyqırıma dair qətnaməni gündəmə çıxarmadan yanvar ayına qədər bayram tətilinə çixdi.

111-ci Konqresin öz işinin başa çatdırmasi ilə 252 saylı qətnamə də rəsmən gündəmdən çıxarılmıs oldu. Nümayəndələr Palatasının spikeri Nensi Pelozinin demokratların hələ də üstünlükdə olduğu Konrqesdə qətnamənin gündəmə çıxarılmasına çalışdığı, lakin buna nail ola bilmədiyi deyilir.

Noyabr ayında Konqresə ara seçkilərdən sonra demokratlar Nümayəndələr Palatasında üstünlüyü əldən verdiyinə görə Nensi Pelozi də spikerlik vəzifəsini azad etməli olacaq.

Qətnamənin gündəmdən düşməsi ABŞ və onun müttəfiqi olan Türkiyə arasında diplomatik münaqişənin qarşısını almış oldu.

252 saylı qətnamədə 1915-ci ildə ermənilərin qətlləri soyqırım adlandırılır və ABŞ-ın məsələyə daha həssaslıqla yanaşması istənilir.

Qətnamə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində mart ayında təsdiq edilmişdi. Bundan sonra Türkiyə Vaşinqtondan səfirini geri çagirmisdi. Administrasiya rəsmiləri Türkiyə-Amerika münasibətlərinin əhəmiyyətini vurğulayaraq, məsələ ilə bağlı Konqres liderləri ilə müzakirələr aparmışdı.

Yeni Konqresdə qətnamənin gündəmə çıxarılması üçün o yenidən hazırlanıb, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulmalıdır. Yanvar ayında yeni Konqres işə başlayanda liderlərin dəyişməsi qətnamənin gələcəyinə öz təsirini qoya bilər. Noyabr ayında Konqresə ara seçkilərdən sonra demokratların üstünlüyü itirməsi nəticəsində Nensi Pelozi spiker, Hovard Berman isə Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri vəzifəsindən getməli olacaqlar. Ohayo ştatından respublikaçı konqresmen Con Beyner, Florida ştatından respublikaçı nümayəndə İleana Ros-Lehtinen isə Xarici Ələqələr Komitəsinin sədri vəzifəsini tutacaqlar.

Bu arada, Türkiyə Cumhuriyyətinin ABŞ-dakı səfiri Namiq Tan 252 saylı qətnaməni gündəmə çıxarmadığıına görə Nümayəndələr Palatasına təşəkkürünü bildirib. Nümayəndələr Palatasına ünvanladığı məktubda cənab Tan Konqres üzvlərinə təşəkkürünü ifadə edərək, mübahisəi bir məsələ ilə bağlı düzgün qərar verildiyini bildirib.

Səfir Tan ABŞ prezidenti Barak Obama, Dövlət katibi Hillari Klinton və qətnamənin əleyhinə olan bütün Amerika rəsmilərinə də təşəkkürünü ifadə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG