Accessibility links

Sabiq ABŞ qanunvericisi və 1972-ci ildə fəlakətli məğlubiyyətinə görə tanınan George McGovern 90 yaşında vəfat edib.

McGovern bazar günü doğma Cənubi Dakota ştatında dünyasını dəyişib. Ailə üzvləri onun bir neçə tibbi problemlə üzləşdiyini deyirlər. Bu yaxınlarda o, terminal tibbi xidmətə qəbul olunmuşdu.

McGovern 1957-81-ci illər arasında Konqresdə və Senatda Demokrat Partiyasını təmsil edib.

1972-ci ildə Vyetnam müharibəsi əleyhinə kampaniya aparan George McGovern prezident Richard Nixon-un rəqibi idi. Həmin səsvermədə o, yalnız Massaçusets ştatında və Vaşinqton şəhərində qələbə çala bilmişdi.
XS
SM
MD
LG