Accessibility links

Tamar Lamparadze: "Azərbaycan və gürcü xalqları həmişə dostluq şəraitində yaşayıb"


"Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"-nın vitse-prezidenti Tamar Lamparadze Amerikanın Səsinə danışdı.

Bu yaxınlarda "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası" fəaliyyətə başlayıb.
please wait

No media source currently available

0:00 0:01:44 0:00
Direct link


Assosiasiyasının vitse-prezidenti, jurnalist və rəssam Tamar Lamparadze belə bir assosiasiya açmaq ideyasını ona azərbaycanlı aktyor Cavanşir Hadıyevin verdiyini və qurumun lap bu yaxınlarda, sentyabr ayının 25-də açıldığını dedi. Xanım Lamparadze bu təşkilatın Gürcüstan gənclərinin Azərbaycan mədəniyyəti, Azərbaycan sənəti ilə yaxından tanış olmasına yardım edəcəyini düşündüyünü və bu ideya ilə Azərbaycan rejissoru Elxan Cəfərovun “Dolu” filminin təqdimatında Polad Bülbüloğlu ilə bölüşdüyünü bildirdi.

Tamar Lamparadze assosiasiyanın mədəniyyət xadimləri, rəssamlar, yazıçılar, musiqiçilər, kino ustaları və elm adamları olmaqla, 120 azərbaycanlı üzvünün olduğunu bildirdi. O, Gürcüstanın da görkəmli incəsənət xadimlərinin, yazıçılarının və alimlərinin, Azərbaycanla Gürcüstan arasında həmişə yaxşı əlaqələrin olduğunu, həmişə dostluq şəraitində yaşadıqlarını dediklərini və belə bir assosiasiyanın yaradılmasında ona dəstək verdiklərini bildirdi. Tamar xanım hətta Azərbaycan dilini öyrənməyə başladığını dedi.

Tamar Lamparadze dedi ki, "Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası"-nın məqsədi əsasən Azərbaycan yazıçılarının əsərlərini tərcümə və nəşr etmək, Azərbaycan filmlərini nümayiş etdirmək, Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər təşkil etmək, incəsənət xadimlərini Gürcüstana dəvət etmək və bununla Gürcüstan gənclərini qonşu dövlətin mədəniyyəti ilə yaxından tanış etməkdir.

Söhbətin sonunda xanım Lamparadze Azərbaycan xalıqına xoş arzularını çatdırdı və dostluğun hər iki xalqın daha yaxşı yaşamasına yardım edəcəyini dedi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG