Accessibility links

Demokratik keçidlə Gürcüstan tarixə iz qoydu [Video]


Gürcüstanda dinc siyasi keçid post-Sovet məkanı üçün nadir olaydır
please wait

No media source currently available

0:00 0:02:39 0:00
Gürcüstanın gələcək baş naziri Bidzina İvanişvili çərşənbə axşamı prezident Mixail Şaakaşvili ilə Tbilisidə prezident sarayında görüşdü. Görüşlərindən yarım saat sonra İvanişvili və Saakaşvili əməkdaşlıq etməyə söz verdilər və birlikdə şəkil çəkdirdilər.

Bidzina İvanişvili üçün Tbilisinin Azadlıq Meydanında keçirilən kütləvi nümayişlərin vaxtı bitdi. İvanişvilinin “Gürcüstan Arzusu” hərəkatının bayram etməsi vaxtı də sona çatdı.

Bu həftə Gürcüstan parlamenti və “Gürcüstan Arzusu” hərəkatı toplaşaraq, İvanişvilinin baş nazir təyin edilməsinə səs verəcək. Lakin Mixail Saakaşvili gələn ilin oktyabr ayınadək prezidentliyini davam etdirəcək. Onun partiyası parlamentdə 45 faiz yerə nəzarəti əlində saxlayacaq.

İndi hər iki tərəfin qarşısında bir vəzifə durur – kompromisə getmək.

Mark Mallen Transparency International-ın Gürcüstan üzrə sədridir. “Konstitusional çoxluq üzün müddət hakim partiyanın əlində idi və onlar istədiklərini edirdilər. Bu isə Gürcüstan parlamenti üçün pis idi.”

Səsvermədən sonra etirazlar soyudu, yeni kabinet açıqlandı və İvanişvili yüksək vəzifəli şəxslərdən başqa hamının öz yerində qalacağını elan etdi. Beynəlxalq Böhran Qrupu Qafqaz şəbəsinin direktoru Laurens Şiits bunun yaxşı xəbər olduğunu deyir. “Yeni seçilmiş “Gürcüstan Arzusu” çoxluğu kampaniya dönəmində cəzanı özünə şüar seçmişdi.”

Laurens Şiits deyir ki, prezident Saakaşvili hakimiyyəti başa çatana qədər müxalif partiyaların birgə işləməsi çox vacibdir. “Hər iki tərəfin realist mövqe tutmalı olmasını beynəlxalq ictimaiyyət vurğulamalıdır. İsrar etmək olmaz ki, prezident indi vəzifədən getməlidir, çünki biz belə deyirik.”

Keçmiş Sovet respublikaları arasında Gürcüstan artıq üç görünməmiş addım atıb ki, bunlar rəqabətli seçki, prezidentin məğlubiyyəti və prezidentin güzəştə getməsidir. Yeni, dördücü addım isə gələn il hökumətlə müxalifət arasında hakimiyyəti bölüşdürmək olacaq.
XS
SM
MD
LG