Accessibility links

Georgi Marqvelaşvilinin qələbəsi iqtidar partiyasının mövqelərini möhkəmləndirib


Gürcüstanda prezident seçkisində Baş nazir Bidzina İvanişvilinin müttəfiqi olan Georgi Marqvelaşvilinin inamlı qələbəsi iqtidar partiyasının hökumətdə mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarıb.

Mərkəzi Seçki Komissiyasının sədri Tamara Jvaniya səslərin əksəriyyətinin hesablanması nəticəsində Georgi Marqvelaşvilinin səslərin 62 , onun əsas rəqibinin isə səslərin 22 faizini aldığını bildirib.

Gürcüstanın milyarder Baş naziri Bidzina Ivanişvilinin "Gürcü Arzusu" koalisiyasının üzvü olan Georgi Marqvelaşvili prezidentlik müddəti başa çatan prezident Mixail Saakaşvilinin partiyasından namizədi məğlub edib.

"Gürcü Arzusu" koalisiyasının lideri, Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident seçkisindən bir neçə həftə sonra vəzifəsindən gedəcəyini elan edib.
XS
SM
MD
LG