Accessibility links

Gürcüstan müxalifəti prezident Saakaşvili əleyhinə nümayiş keçirir

  • Amerikanın səsi

Gürcüstan müxalifəti prezident Saakaşvili əleyhinə nümayiş keçirir

Gürcüstan müxalifəti prezident Saakaşvili əleyhinə nümayiş keçirir

Gürcüstanın 2009-cu ldə etiraz nümayişlərindən sonra zəifləmiş və bölünmüş müxalifəti hərəkatı canlandırmaq üçün bu gün parlament binası qarşısında yürüş keçirib. Yürüşə toplaşan beş mindən artıq insan prezident Mixail Saakaşviliyə qarşı müxalifət hərəkatını genişləndirməyə çalışır. Qərb yönlü liderin opponentləri onu 2003-cü ildə “Qızılgül İnqilabı”ndan sonra hakimiyyəti monopoliyalaşdırmaqda ittiham edir. 2008-ci ildə Rusiya ilə müharibə nəticəsində mövqeyi zəifləmiş prezident Mixail Saakaşvili 2009-cu ildə müxalifətin onu hakimiyyətdən devirməyə qeyri-effektiv səylərindən sonra öz nüfuzunu bərpa edə bilib. Bir zamanlar cənab Saakaşvilinin müttəfiqi olan müxalif siyasətçi Nino Burcanadze toplaşanların diqqətini prezidentin bu yaxınlarda Gürcüstanın Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarından geri çəkilməsi üçün hərbi qüvvədən istifadə etməyəcəyi haqda vədinə çəkib. Prezident Saakaşvili bu həftə Avropa Parlamenti qarşısında çıxışı zamanı Rusiya ilə dialoqa çağırıb, lakin Moksvadan soyuq cavab alıb.

XS
SM
MD
LG