Accessibility links

Gürcüstan üç fotoqrafı Rusiyanın xeyrinə casusluq etməkdə günahlandırıb

  • Amerikanın səsi

Gürcüstan üç fotoqrafı Rusiyanın xeyrinə casusluq etməkdə günahlandırıb

Gürcüstan üç fotoqrafı Rusiyanın xeyrinə casusluq etməkdə günahlandırıb

Gürcüstan üç fotoqrafı prezident Mixail Saakaşvili haqqında məlumatı Rusiya kəşfiyatına ötürdüyünü deyərək, casusluqda ittiham edib. Tbirlisidə rəsmilər bildirib ki, üç nəfərin arasında cənab Saakaşviliin şəxsi fotoqrafı İrakli Gedenidze da var. Gürcüstan rəsmiləri onların dövlət başçısının səfər palnları və görüşləri, habelə prezident sarayının quruluşu haqda informasiyanı Rusiyanın hərbi kəşfiyyat orqanına ötürdüyünü bildirir. Gürcüstan televiziyası Gedenidzenin ittiham olunmuş fotoqraflardan biri, Avropa Pressphoto agentliyinin fotoqrafı Zurab Kuksikidzeyə gizli informasiya ötürdüyünü və bunun müqabilində ödənişi müzakirə etdiyini etiraf etməsi göstərilib. Hökumət həmçinin Xarici İşlər nazirliyinin fotoqrafı Qriqori Abdaladzeni də ittiham edib.

XS
SM
MD
LG