Accessibility links

Rusiya ilə Gürcüstanın münasibətləri Gürcüstana kimin prezident seçiləcəyindən asılıdır [VİDEO]


Gürcüstanla silahlı müharibədən əvvəl, Rusiya bu kiçik ölkə ilə ticarət müharibəsi aparırdı. Lakin son zamanlar münasibətlərdə istiləşmə əmələ gəlməyə başlayıb.
Rusiya əvvəlcə gürcü şərabi və butulkalarına 7 ildir qoyduğu embarqonu götürdü.
Sonra Rusiya öz sərhədlərini Gürcüstanın mineral sularına açdı.

Sonra qəfildən Rusiya ilə Gürgüstan arasında ticarət əlaqələrinin normallaşması böyük maneəyə rast gəldi. Baş sanitar həkim Gennadiy Onişenko Gürcüstandan gələn meyvə və tərəvəzin Rusiyaya gətirilməsinə qadağa qoyacağını söylədi. O, Rusiyanın Avropa hissəsində 2 min km məsafəyə yayılan vəba xəstəliyinin Birləşmiş Ştatların maliyyələşdirdiyi Tbilisi aeroportu yaxınlığındakı laboratoriya tərəfindən yayıldığını bildirib. Buna cavab olaraq, gürcülər Amerikanın Səsinə Riçard Luqar adına İctimai Səhiyyə Tədqiqatı Mərkəzini göstəriblər.

Adam Kororaşvili doğma vətəni Gürcüstana Birləşmiş Ştatlardan laboratoriyanın Genom Mərkəzini açmaq üçün gəlib. “Bu cihaz həm mərkəz, həm Gürcüstan, həm də bütün region üçün unikaldır. Əvvəllər hansısa nümunə Birləşmiş Ştatlara və ya Qərbi Avropaya göndərilməli olurdusa, indi buna ehtiyac yoxdur, siz sadəcə testlər üzərində burada tədqiqat apara və cavabını ala bilərsiniz.”

Laboratoriyanın baş direktoru Amiran Qamkrelidze Moskvanın ittihamlarını rədd edir.
“Biz burada gizli işlər görmürük. Biz burada bioloji silah istehsalı ilə məşğul olmuruq.”
1980-ci illərdə Moskvada təhsil almış baş director Rusiyanın baş sanitar müfəttişini laboratoriyanı göstərmək üçün Tbilisiyə dəvət edib. “Mən Onişenkonu laboratoriyada nələr baş verdiyini görmək üçün Gürcüstana dəvət etdim. Burada yalnız təhqiqat işləri aparılır. Onların bəyanatında bəhs edilənlər yalnış fikirlərdir.”

Belə görünür ki, bu qarşıdurmanın arxasına elm yox siyasət dayanır.

İki aydan sonra Gürcüstanda prezident seçkiləri keçiriləcək. Artıq 10 ilə yaxındır Moskva ilə dolaşıq münasibətdə olan Mixail Saakaşvilinin prezidentlik müddəti başa çatmaq üzrədir.

Təhlilçi Kris Vifer Skayp vasitəsi ilə Kremlin strategiyasından danışır: “Mesaj aydındır. Əgər siz Rusiyaya döst münasibət bəsləyən prezident seçsəniz, onda bütün iqtisadi problemləriniz yox olar. Əgər Rusiyaya qarşı sərt münasibət bəsləyən adam seçsəniz, onda iqtisadi əlaqələr korlanacaq."

Bu arada 2006-cı ildə Gürcüstandan meyvə-tərəvəzin gətirilməsinə qadağa qoymuş Rusiyanın Ərzaq Təhlükəsizliyi Agentliyi sakitcə öz müfəttişlərini avqustda Gürcüstana göndərib.
XS
SM
MD
LG