Accessibility links

Savalan Mirzəyev: “Azərbaycanlılar gürcü ictimaiyyətinə Gürcüstanın ayrılmaz hissəsi olduqlarını göstərə bilib" [Audio-Müsahibə]


Savalan Mirzəyev
Savalan Mirzəyev
Gürcüstan baş nazirinin milli azlıqlar üzrə məsləhətçisi Savalan Mirzəyev Amerikanın Səsinə müsahibədə Gürcüstanda keçirilən prezident seçkiləri barədə danışıb. Cənab Mirzəyev səsvermənin Qərb müşahdiəçiləri tərəfindən yaxından izlənildiyini və nəticələrin heç kimdə ciddi şübhə doğurmadığını bildirib. Onun sözlərinə görə prezident seçkilərinin şəffaflığı və ədalətliliyi Gürcüstan demokratiyasının təntənəsi sayıla bilər.

Gürcüstan baş nazirinin milli azlıqlar məsələləri üzrə məsləhətçisi Savalan Mirzəyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:06:13 0:00
Direct link

Gürcüstan hökumətində təmsil olunan azərbaycanlı rəsmi Gürcüstanda müxalifətlə iqtidar arasında stabil, normal siyasi tərəfdaşlığın hökm sürdüyünü deyir. "Məhz elə bu seçkilərin demokratik keçməsinin təsdiqi müxalifət namizədi olan David Bakradzenin Georgia Margelaşvilini təbrik etməsi oldu." Cənab Mirzəyevin sözlərinə görə bu, göstərir ki, siyasi proseslər artıq küçələrdə deyil, dinc və demokratik qaydada seçki qutularında həll olunur.

Mən əminəm ki, Gürcüüstanda azərbaycanlı icması öz yerini tuta bilib. Onlar gürcü ictimaiyyətinə özlərinin Gücüstanın ayrılmaz hissəsi olduğunu göstərə biliblər.
Səsverməni Gürcüstanın demokratik inkişafına nümunə kimi səciyyələndirən Savalan Mirzəyev təmsil etdiyi hökumətin milli azlıqlarla bağlı proqrama malik olduğunu deyir. Onun sözlərinə görə güman etmək olar ki, yeni prezidentin rəhbərliyi altında Gürcüstanda yaşayan azərbaycanlı icmasının rifahını yaxşılaşdırmaq üçün ciddi ölçülər götürüləcək:

"Mən əminəm ki, Gürcüüstanda azərbaycanlı icması öz yerini tuta bilib. Onlar gürcü ictimaiyyətinə özlərinin Gücüstanın ayrılmaz hissəsi olduğunu göstərə biliblər."

Cənab Mirzəyev əlavə edir ki, Gürcüstanın 19 nazirliyindən 11-də azərbaycanlılar təmsil olunur.

Gürcüstanın yeni prezidenti Giorgi Margelaşvili baş nazir Bidzina İvanişvili ilə birlikdə
Gürcüstanın yeni prezidenti Giorgi Margelaşvili baş nazir Bidzina İvanişvili ilə birlikdə
Gürcüstanda demokratiyanın tədricən ənənə halı aldığını qeyd edən cənab Mirzəyev dövlət xidmətlərinin dürüst işləməsini və korrupsiyanın aradan qaldırıldığını qeyd edir. "Gürcüstanda demoktariya institutunun işlədiyi artıq görünür," deyə o bildirir Bununla belə, Savalan Mirzəyev demokratiyadan məhrum edilmiş xalqın demokratik idarə üsuluna deyə o bildirir. qısa zaman kəsiyində uyğunlaşmağın sınaqlarla müşayiət olunduğunu etiraf edir.
XS
SM
MD
LG