Accessibility links

Jerar Depardye Fransa pasportundan imtina edir



Məşhur fransız aktyor Jerar Depardye vergilərin daha aşağı olduğu Belçikaya köçmək qərarı verdiyinə görə Fransanın sosialist baş naziri tərəfindən söylənilmiş təhqirlərdən sonra Fransa pasportundan imtina edir.

Fransada bazar günləri çıxan“Le Jurnal du Dimanche” qəzetində Depardyenin məktubu dərc edilib. Məktubda aktyor Baş nazir Jan-Mark Eyronun keçən həftə onun Fransada yüksək vergilərdən qaçaraq Belçikaya köçməsini qeyri-patriotik addım kimi qiymətləndirməsini qeyd edir

“Mən 2012-ci ildə gəlirlərimin 85 faizini vergilərə ödəmişəm. Öz pasportumu və heç vaxt istifadə etmədiyim sosial sığorta kartımı sizə qaytarıram”-deyə Depardye məktubunda yazıb.

Bu ay 64 yaşı tamam olacaq Jerar Depardye 100-dən artıq filmdə çəkilib.

Depardyenin Belçikada köçdüyü Neşen kəndində Fransanın başqa zəngin adamları da yaşayır.
XS
SM
MD
LG