Accessibility links

Almaniyanın İslam Mədəniyyət Mərkəzində həbs edilən şəxslər azad edilib


Almaniya polisinin bildirdiyinə görə, dövlətə qarşı ciddi hücumlar hazırlamaqda şübhəli bilinərək həbs edilən iki nəfər azad edilib.

Polis yerli mediaya deyib ki, Berlin yaxınlığındakı İslam Mədəniyyət Mərkəzində keçirilən reyd zamanı həbs edilən şəxslər heç bir dəlil olmadığına görə azad edilib.

Reyddən sonra polis həmin şəxslərə məxsus avtomobilin şübhəli obyekt olduğunu deyərək ətrafını təmizləmiş, lakin avtomobildən nə silah, nə də partayıcı maddə aşkar edilmişdir.

Rəsmilər 28 və 46 yaşlarındakı kişilərin azad edildiyini, lakin araşdırmaları davam etdirmək üçün onların şəxsiyyət vəsiqələrinin saxlandığını bildirib.

XS
SM
MD
LG