Accessibility links

Almaniya polisi şübhəli suriyalını axtarır


Alman polisi bomba hücumu planlaşdırılmasına dair kəşfiyyat məlumatı əldə edəndən sonra suriyalı bir şəxsin axtarışına başlayıb. Polis Çemnitz şəhərində 22 yaşlı Caber Əlbəkrin axtarışlarımı davam etdirərkən evlərin birində reyd zamanı partlayıcı maddələr tapandan sonra 3 nəfəri saxlayıb. Bu barədə məlumatı Saksoniya polis idarəsinin sözçüsü Tom Bernhard verib.

Polis şübhəlinin tapılmasına kömək edəcəyi ümidləri ilə həmin 3 şəxsi sorğu-sual edir.

Almaniyada axtarışda olan terror şübhəlisi
Almaniyada axtarışda olan terror şübhəlisi

"Biz şübhəlinin təhlükəli olduğunu düşünürük" - deyə Bernhard bildirib.

Rəsmilər Əlbəkrin nə qədər müddətdir Almaniyada olduğunu deməyib. Bernhardın sözlərinə görə, onun Almaniyaya qəbul edilən 1 milyon qaçqın arasında olub-olmadığıda bəlli deyil.

Polisin ictimaiyyətə çağırışda Əlbəkri görənlərdən bu barədə polisi məlumatlandırması xahiş edilib. Son dəfə o, Çemnitzdə qara gödəkcədə görülüb.

"Axtarış tədbirləri davam edir. Buna baxmayaraq hazırda biz onun harada olmasını və özü ilə nələr götürdüyünü bilmirik".
Saksoniya Polis İdarəsi

"Axtarış tədbirləri davam edir. Buna baxmayaraq hazırda biz onun harada olmasını və özü ilə nələr götürdüyünü bilmirik" - deyə Saksoniya polis idarəsinin Twitter hesabından yayılan mesajda deyilir.

Bu yay Almaniyada bir neçə hücum törədəlib. İyul ayında baş vermiş hücumların məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürdüyünü iddia etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG