Accessibility links

Prokuror: Pilot qəzanı qəsdən törədib


Fransa prokuroru pilotun təyyarəni qəsdən qəzaya uğratdığını bildirib. Breys Robun deyib ki, 28 yaşlı pilot Andreas Lubitz saatda 700 kilometr sürətlə uçan təyyarəni dağa çırpıb.

Təhqiqatçılar dəlillərə istinadən bildirib ki, təyyarə qəzaya uğrayan an iki pilotdan biri pilot kabinəsinin qapısı kilidləndiyindən kabinəyə daxil ola bilməyib. Qəza nəticəsində 150 nəfər həlak olub.

Adı açıqlanmayan qəza təhqiqatçısı New York Times-a bildirib ki, qara qutudan əldə edilən səs yazısı göstərib ki, kabinəsindən çıxmış pilot hadisə baş verən an kabinəyə daxil olmağa çalışıb.

Təyyarə qəza siqnalı vermədən düşüb. Germanwingsin filialı olduğu Lufthanza şirkəti hadisəni qəza kimi qiymətləndirir.

Təyyarədə azı 18 ölkə vətəndaşı olub. Qəza qurbanları arasında İspaniyaya məktəb səfərindən geri dönən 16 alman yeniyetmə və iki müəllim da olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG