Accessibility links

Avropada yüz minlərlə qaçqın necə yerləşdiriləcək? [Video]


Avropaya gedən qaçqınlar necə yeləşdiriləcək?
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Bu həftə Avropa Birliyinə üzv ölkələr Avropaya pənah gətirən yüz minlərlə qaçqının yerləşdirilməsi üzrə kvota məsələsini müzakirə edəcək. Belə bir addım Amnesty International-ın işgəncələr və zorlamalardan qaçan liviyalılar da daxil edilməklə, Aralıq dənizi vasitəsilə Avropaya üz tutan qaçqınlar barədə xəbərdarlığından sonra atılır.

Avropa siyasətçiləri mühacirət məsələsini müzakirə etdikləri bir vaxt, qaçqınlarla dolu qayıqların qitəyə axını davam edir. Almaniyanın hərbi gəmisi 400-dən çox qaçqını İtaliyanın cənubundakı Reggio Kalabriya sahillərindən xilas edib.

Almaniya hazırda çoxsaylı qaçqın yükünü daşıyan ölkələrdəndir. Təxminlərə görə, bu il keçən illə müqayisədə iki dəfə artıq, 400 mindən çox qaçqın bu ölkədən sığınacaq istəyəcək. Bu məsələ ilə bağlı təcili yığıncaq çağıran Almaniya kansleri Angela Merkel avropalı partnyorlarını məsuliyyəti bölüşməyə çağırıb.

“Məsələnin həlli üçün Avropa həmrəyliyinin alternativi ola bilməz”.

Hər həftə yüzlərlə qaçqın İtaliyanın Milan şəhərindən keçərək, Almaniyaya gedir.

Süzi İovieno qaçqınlara könüllü ərzaq və paltar yardımı edir. Məsləhətlər verir. O, Avropanın islahatlar aparmalı olduğunu deyir. “Qaçqınların qonşu Livan, İordaniya və Türkiyə kimi ölkələrdəki səfirliklərdən vizalar almalarına yardım edilməli, humanitar koridorlar açmalıdır. Bu, Avropaya qeyri-qanuni və riskli səyahətlərin qarşısını alar.”

Avropa üzv ölkələrdən sığınacaq istəyənlər üçün kvota məsələsini müzakirə edəcək. Macarıstan Balkanlardan gələn qaçqınlar üçün kvotanı rədd edən ölkələrdən biridir. Ölkənin baş naziri Viktor Orban bununla bağlı sərt cavab verib. “Biz ölkəmizdə mühacir istəmirik. Əgər Avropa İttifaqının biz heç bir təklifini qəbul etməyəcəyik.”

Avropanın bir çox dövləti Liviyadakı xaosu qınayaraq, bu ölkənin sahillərində hərbi gəmilərin yerləşdirilməsini təklif edir.

Liviyadakı iki rəqib hökumətdən birinin, Milli Qurtuluş Hökumətinin müvəqqəti baş naziri bu təklifi rədd edib. “Biz Avropa İttifaqından tələb edirik ki, Tripolidəki Milli Qurtuluş Hökuməti ilə əməkdaşlıq etsin və miqrasiyanın qarşısını almağa yardım göstərsin.

İnsan haqları qrupu Amnesty International isə deyir ki, dəhşətli şəraitlə üzləşən Liviya qaçqınlar Avropaya üz tutmaqdan başqa əlac görmür.

Italiya rəsmilərinin çəkdikləri sualtı videoda içərisində 700 sərnişinin batdığı gəmi göstərilir. Cəsədlərin çoxu hələ də Liviya sahillərində suya qərq olmuş gəminin içərisində qalıb.

XS
SM
MD
LG