Accessibility links

Münhen yaxınlığında bıçaqla hücum olub


Bu gün cəhər radələrində Almaniyanın Münhen şəhəri ətrafındakı dəmir yol stansiyasında bıçaqla hücum zamanı bir nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.

Polis sözçüsü Hans-Piter Kammerer hücumda əli olmaqda şübhəli bilinən bir almaniyalının yerli vaxtla səhər saat 5-ə yaxın Münhenin 23 kilometrliyində yerləşən kiçik Qrafinq şəhərində həbs edildiyini bildirib.

Polis hələ də hücum zamanı şəxsin nə dediyini müəyyən etməyə çalışdığı bir vaxt, yerli media şahidlərə istinadən hücumçunun "Allahü Əkbər" deyə bağırdığı, bunun isə onun islamçı motivə işarə etdiyi haqda məlumat verib.

Rəsmilər 50 yaşlarında olan yaralılardan birinin xəstəxanada öldüyünü bildirib. Hadisə nəticəsində xəsarət alan digər şəxslərin adları açıqlanmasa da, onların 43, 55 və 58 yaşlarında olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG