Accessibility links

Obama: İraq ordusuna təlimlər sürətləndirilməlidir


Birləşmiş Ştatlar prezidenti Barak Obama deyib ki, İslam Dövləti qrupunun yaraqlılarına qarşı döyüşlərdə nailiyyət əldə etmək üçün İraq ordusuna təlimlər sürətləndirilməlidir. İraqın baş naziri ilə görüşən cənab Obama Heydər Əl-Abadinin də daha yaxşı hərbi təchizata və təlimlərə ehtiyac olduğu ilə razılaşdığını bildirib.

Almaniyada görüşən iki lider keçən ildən bəri ölkənin böyük ərazisini ələ keçirən və ABŞ-ın başçılığı ilə keçirilən hava hücumları kampaniyasına baxmayaraq, irəliləyişə nail ola bilmiş İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizənin strategiyasını müzakirə edib.

Cənab Obama Pentaqonun təlim səylərini artırmaq planları üzərində işlədiyini və artıq təlim keçən hərbçilərin effektiv döyüşdüklərini deyib. Lakin prezident onu da əlavə edib ki, sünni qəbilələrin nümayəndələrinin də əməliyyatlara cəlb olunması prioritet məsələyə çevrilməlidir.

XS
SM
MD
LG