Accessibility links

Angela Merkel: "Birləşmə şərqi Almaniyanı hər cəhətdən dəyişdirdi."

  • Amerikanın səsi

Angela Merkel: "Birləşmə şərqi Almaniyanı hər cəhətdən dəyişdirdi."

Angela Merkel: "Birləşmə şərqi Almaniyanı hər cəhətdən dəyişdirdi."

Almaniyada birləşmənin 20-ci ildönümü böyük təntənə ilə qeyd edilir, şərq və qərbin birləşməsindən sonra ölkənin əldə etdiyi naliyyətlər yüksək qiymətləndirilir. Almaniya kansleri Angela Merkel Super illu jurnalına verdiyi müsahibədə deyib ki, şərqi almanlar son 20 ildə dəyişikliklərə uyğunlaşmaq üçün çox iş görüblər. Xanım Merkel bildirib ki, birləşmə onun anadan olduğu şərqi Almaniyanı hər bir cəhətdən dəyişdirmişdir. ABŞ prezidenti Barak Obama qeyd edib ki, Almaniyanın birləşməsi Amerikanın ən yaxın müttəfiqləri və dostlarından biri olan ölkənin tarixi nailiyyətidir. Bununla bağlı açıqladığı bəyanatda prezident Obama deyib ki, birləşmə Avropa qitəsində və eləcə də qlobal miqyasda indiyədək presedenti olmayan bir şəkildə azadlığa yol açmışdır.

XS
SM
MD
LG