Accessibility links

Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri döyüşlər gedən Donbas regionunda təhlükəsizliklə bağlı bir neçə razılıq əldə edib. Lakin bir hissəsi Rusiyanın dəstəklədiyi separatçılarının nəzarətində olan Ukraynanın bu cənub bölgəsində seçkilərin keçirilməsi ilə bağlı razılığın əldə edilməsi mümkün olmayıb.

Çərşənbə günü Berlin yaxınlığında keçirilən yığıncağa Almaniyanın xarici işlər naziri ev sahibliyi edib. "Biz təhlükəsizlik sahəsində razılıqlaq əldə etdik, lakin siyasi proseslər hələ də olduğu kimi qalır. Kiyev və Moskva atəşkəsin davam etməsi üçün daha yaxından işləməyə hazır olduqlarını bildirib"-deyə, Frank Volter Steinmeyer bildirib.

Steinmeyer onu da əlavə edib ki, Kiyev nümayəndələri və Ukraynanın şərqindəki separatçı qüvvələr tərəfindən 2015-ci ildə imzalanmış Minsk sülh müqaviləsinin əsas hissələri həyata keçirilməyib.

XS
SM
MD
LG