Accessibility links

Qaçqınlar Almaniya cəmiyyətinə inteqrasiya edə biləcəklərmi? [Video]


Qaçqınlar Almaniya cəmiyyətinə inteqrasiya edə biləcəklərmi?
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Rəy sorğuları Kölndə qadınlara mühacirlər tərəfindən hücumlardan sonra Almaniyada mühacirlər əleyhinə olan siyasi partiyalara dəstəyin artdığını göstərir. Növbəti reportajda mühacir axınının Köln şəhərinin sosial-iqtisadi həyatına təsirlərinə nəzər salınır.

Minlərlə Suriya qaçqını kimi Bəşir Alzaalan da Almaniyaya Türkiyə və Şərqi Avropadan keçərək gəlib. O, Almaniyanin ona sığınacaq təklif etdiyini deyir. “Almaniya, Angela Merkel başda olmaqla, suriyalılar üçün ana kimidir.”

Alzaalan hazırda Köln yaxınlığında yaşayır. Bir qrup mühacirin Yeni İl gecəsi hücumlarından sonra o, qəzetlərə məqalələr yazaraq, mühacirlər adından üzr istəyib.

Bəşir yerli sakinlərin buna münasibətini yüksək qiymətləndirir. “Kölndə baş verənlər məni qorxutdu. Lakin sonra mən hiss etdim ki, insanlar başa düşməyə başlayır, onlar hadisə və buna reaksiyadan asılı olaraq münasibət göstərmir.”

Lakin hücumların siyasi nəticələri oldu. Rəy sorğularından birinə əsasən, mühacirlərə qarşı olan “Almaniya Üçün Alternativ” partiyasına dəstək artaraq, onu üçüncü yerə çıxardı.

Hendrik Rotman partiyanın Kölndəki filialının başçısıdır. “Angela Merkelin “açıq qapılar” fəlsəfəsi ağlasığmaz sayda insanın Almaniyada sığınacaq istəməsinə səbəb oldu. Həmin insanların bir hissəsi mühacir statusu alıb, lakin onların böyük hissəsi qeydiyyatdan keçməyib və biz bilmirik onlar burada nə işlə məşğuldur” deyə, o bildirir.

2015-ci ildə Almaniyaya 1.1 milyon qaçqın gəlib və Yeni İl gecəsi Kölhdə baş verənlər bu qədər insanın ölkəyə necə inteqrasiya edəcəyi kimi geniş müzakirələrin intensivləşdirilməsinə gətirib çıxarıb. Şəhər rəsmiləri isə bunun mümkün olacağını deyir.

“Kölnə gələn mühacirlərin çoxu burada yeni həyata başlamaq və bizim cəmiyyətə sakitcə inteqrasiya etmək istəyir. Bu isə bizim üçün olduqca çox iş deməkdir. Yəni dil kursları, inteqrasiya kursları, onları işlə təmin etmək” deyə, Köln şəhər meriyasının sözçüsü Qreqor Timmer bildirir.

Kölndə hər il olduğu kimi gələn ay da keçiriləcək karnaval zamanı yüz minlərlə insan küçələrə çıxacaq. “Biz yaxşı insanlarıq və buraya gələnlərə yaxşı münasibət göstəririk. Lakin biz onlara əyləncəmizə mane olmağa icazə vermərik, biz olduğumuz kimi qalacağıq. Bu bizim mədəniyyətimizdir,” deyə alman qadın bildirir.

Karnaval zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək. Köln rəsmiləri bilir ki, Yeni İl gecəsində olduğu kimi hər hansı bir yeni hücumun nəticələri daha ciddi ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG