Accessibility links

Qəzza Zolağında hücumlar bərpa edilib


72 saatlıq atəşkəsin dünən başa çatmasından sonra İsrail qüvvələri ilə Həmas yaraqlıları arasında Qəzza Zolağı boyunca atışma artıq ikinci gününə daxil olub.

İsrail islamçı yaraqlı qrupu hədəf alan hava hücumu ilə Həmasın nəzarətində olan regionu vurub. Fələstin yaraqlılar isə sərhəddə raket hücumu həyata keçirib. İsrail ordu mənbələri deyib ki, hərbi təyyarələr məscidləri, Həmasın silah anbarlarını və təlim obyektlərini vurub.

Bir aydır davam edən müharibənin bərpa olunması Misirin vasitəçiliyi ilə uzunmüddətli atəşkəsin əldə olunmasının vacibliyini göstərir.

İyulun 8-də başlayan zorakılıq nəticəsində 1900 fələstinli və 67 israilli həlak olub.

XS
SM
MD
LG