Accessibility links

ABŞ səfirliyi Azərbaycan Gənclərinin Film Festivalını dəstəkləyib


Amerika bayrağı
Amerika bayrağı

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakı şəhərində “Park Bulvar” Ticarət Mərkəzində yerləşən “Park Cinema”da sentyabrın 7-də baş tutan Azərbaycan Gənclərinin Film Festivalını dəstəkləyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, ölkə üzrə 13-22 yaş arası gənclər festivala 3 kateqoriyada: sənədlı film, qısa film və musiqili vıdeo tipli 70-dən artıq film təqdim edib.

Festival film mütəxəssisləri və müəllimlərin olduğu münsiflər heyətinin seçiminə əsasən hər kateqoriyada 3 qalib filmi elan etmək üçün mükafatlandırma mərasimi ilə sona çatıb.

Hər bir festival iştirakçısının təqdim etdiyi filmdə ətraf mühit, nəqliyyat təhlükəsizliyi, cinsi zorakılıq, siqaret çəkməyin zərərləri və s. sosial mövzulara toxunmaq tələb olunub.

Azərbaycan Gənclərinin Film Festivalının təlimçiləri 2016-cı ilin yay mövsümü ərzində Balakən, Zaqatala, Şəki, Mingəçevir, Bərdə, Ağcabədi və Bakı şəhərində film çəkmək üzrə təlimlər həyata keçirib.

Azərbaycan Gənclərinin Film Festivalı Zaqatalanın Car kəndində Sülh Korpusu könüllüsü Mayk Reybournun 2012-ci ildə başlatdığı kiçik film çəkmə klubundan bu günki festival səviyyəsinə qalxıb. Uşaqlardakı həvəsdən və onların peşəkar kamera və montaj avadanlıqlarının olmadığı bir mühitdə yaradıcılıqlarından ilhamlanaraq, Mayk həmin uşaqlarla məktəbdən sonra məşğul olaraq onlara film çəkməyin elementar xüsusiyyətlərini öyrədib.

XS
SM
MD
LG