Accessibility links

Sonuncu dəfə Ayın səthində yeriyən sabiq ABŞ astronavtı Cin Sernan bazar ertəsi 82 yaşında vəfat edib.

NASA Sernan və başqa 13 astronavtı Apollo Ay proqramına seçən zaman o, hərbi dəniz donanmasının kapitanı idi. Proqram prezident Con Kennedinin 1960-cı illərin sonuna qədəq insanın Aya enməsi kimi hədəfin qarşıya qoyulduğunu elan etəsindən sonra yaradılıb.

Sernan 1969-cu ilin mayında insan tərəfindən idarə edilən sonuncu sınaq uçuşunu həyata keçirən Apollo 10 kosmik gəmisinin pilotu olur. Bundan iki ay sonra isə Apolo 11 Aya tarixi enişini edir.

1972-ci ilin dekabrında isə Sernan Aya sonuncu missiya həyata keçirən Apollo 17 kosmik gəmisinin komandiri kimi uşuşa rəhbərlik edir.

“Fəza gəmisinə aparan pillələri qalxmaq məncə ən yadda qalan andır. Mən ayaq izlərimə baxır və bilirdim ki, bu yolu bir daha getməyəcəm. Biz niyə buradayıq? Bu nə demək idi?” Sernan bildirib.

Cin Sernan 1976-cı ildə hərbi dəniz donanması və NASA-dan təqaüdə çıxır. O, kosmik fəzaya ilk missiyalar haqda televiziyada şərhçi kimi fəaliyyət göstərib.

XS
SM
MD
LG