Accessibility links

Şirin çörəkdən düzəldilmiş Ağ Ev



Hər il olduğu kimi bu il də Milad ənənəsinə uyğun olaraq Ağ ev bayram dekorasiyaları ilə bəzədilib. Ağ evin mətbəxində isə bu ilin ən şirin və dadlı dekorasiyası hazırlanıb. Bu da 138 kiloqramlıq şirin çörəkdən düzəldilmiş Ağ evdir. ABŞ prezidentinin yaşadığı və işlədiyi evin bütün hissələrini sözün əsl mənasında yemək olar.




Ağ evin baş aşpazı Bill Yosses və onun köməkçiləri tortu bişirmək və bəzəmək üçün bir neçə ay hazırlıq görüb. Tortun xəmiri ədvalı şirin çörəkdən hazırlanıb. Onun bəzədilməsinə isə 22 kiloqram şokolad sərf edilib. Lakin əvvəlki illərdən fərqli olaraq bu dəfə aşbaz sütünları bəzəmək üçün ağ şokoladdan istifadə etməyib. Bunun əvəzinə o, Ağ evin 1798-ci ildə ağ boya ilə rənglənməsindən əvvəlki dövrə uyğun görünüşünü yaratmaq üçün xəmiri buğda və çovdar unu ilə ağ unun qarışığından hazırlayıb.

Amerikanın birinci xanımı Mişel Obama hazırlanması təxminən altı həftə sürən tortu qeyri-adi adlandıraraq, onu çox bəyənib.

Adətən, şirin çörəkdən düzəldilmiş Ağ ev yemək üçün deyil, daha çox baxmaq üçündür. Lakin Amerika prezidentlərinin övladları, ya da ABŞ-ın bir vaxt birinci uşaqlar özlərinə saxlaya bilməyib tortdan bir hissə qoparıb yediklərini etiraf ediblər.

Prezident Buşun əkiz qızlarından biri olan Cenna and içir ki, bacısı Barbaranın tortun üstündəki peçenyeləri qoparıb yediyinin şahidi olub. Prezident Karterin qızı Emi Karter, prezident Klintonun qızı Çesi Klinton və hətta Amerikanın keçmiş birinci xanımı olmuş Hillari Klinton da özlərini saxlaya bilməyib “qadağan olmuş” tortu daddıqlarını boynuna alıblar. Prezident Obamanın məktəb yaşlarında olan iki qızı Maliya və Saşanın da yəqin belə bir arzu ürəyindən keçir.

Şirin çörəkdən hazırlanmış tort adətən, Ağ evin Dövlət Ziyafət otağında yerləşdirilir və ABŞ prezidentlərinin iqamətgahını ziyarət edən minlərlə insana iştah gətirir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG