Accessibility links

Gipsin gömrük statistikası – doğru və yalan


Gips kardon
Gips kardon

Azərbaycanda gipsin və gipsdən inşaat materiallarının istehsalı sektoru oliqarxların əlində inhisarlaşıb və korrupsiyaya məruz qalıb. Azərbaycanın, həmçinin qonşu Gürcüstanın rəsmi statistika məlumatları da bunu təsdiq edir.

Turan agentliyinin 2014-cü ildə Gürcüstan və Azərbaycanın gömrük və statistika məlumatları əsasında həyata keçirdiyi təhlil nəticəsində müəyyən olunub ki, ixracçılar vergidən yayınmaq məqsədilə qəsdən gipsin ixrac qiymətlərini təxminən 10 dəfə azaldırlar.

Gips
Gips

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə 157,8 min ton gips ixrac edilib ki, bu da 2013-cü ildə olduğundan 22,7% çoxdur. Bəyan edilmiş mədaxil həcmi 2 692,5 min dollar təşkil edib, bu, ötən ildən 825,1 min dollar çoxdur. 2014-cü ildə yerli gömrükdə malın bir tonu 17 dollardan – 2013-cü ildə olduğundan 3 dollar çox rəsmiləşdirilib.

Bütün ixrac həcmi Gürcüstanın payına düşür. Bu ölkənin Statistika Xidməti qeyd edir ki, 2014-cü ildə ölkəyə gips idxalı məhz Azərbaycanın ixrac etdiyi qədər olub. Doğrudur, Gürcüstanın idxal həcminin dəyəri Azərbaycanın Gömrük İdarəsinin məlumatları ilə üst-üstə düşmür. Gürcüstan təsdiq edir ki, 26 817,1 min dollar məbləğində gips idxal edib, bu, 2013-cü ilə nisbətən 15,6% çoxdur. Gürcüstan gömrüyü Azərbaycan gipsinin bir tonunu 169,9 dollardan, azərbaycanlı həmkarlarından 10 dəfə baha rəsmiləşdirib. Beləliklə, 2014-cü ildə ixracçılar sadəcə gips ixracından 24,1 mln. dollar vergini gizlədiblər. Ötən il gips mafiyası 21,5 mln. dolları vergidən gizlədib.

Gipslə bəzədilmiş tavan
Gipslə bəzədilmiş tavan

Bu ilin iki ayı ərzində Gürcüstanın gips idxalı artıq 3 mln. dollar təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə 192,8 min ton gips istehsal edilib ki, bu, ötən ilə nisbətən 23,3% azdır. Bu məlumat ciddi etibarsızlıq doğurur, belə ki, istehsalçılar məhsul kimi cəmi 114,5 min ton sənədləşdiriblər, qalan həcmdən (78,3 min ton) isə öz ehtiyacları üçün - həm inşaat sektorunda, həm də hazır gips məhsulların, xüsusən gipsokarton istehsalında istifadə ediblər. Bu ilin iki ayı ərzində qanuni gips istehsalının həcmi 32,8 min ton (+10%) təşkil edib.

Xatırladaq ki, Azərbaycanda inşaat gipsinin əsas istehsalçıları Məmmədovlar və Heydərovlar ailələrinə məxsus olan “Garant Holding” və “Gilan Holding”dir. Hər iki holdinqin müəssisələri Goranboy rayonunda gips yataqlarının bilavasitə yaxınlığında yerləşir. “Gilan Holding”in Almaniyanın “Knauf” şirkəti ilə birgə gipsokarton istehsalı müəssisəsi var. Bu müəssisə yarandıqdan sonra Azərbaycana gips məhsullarının idxalı məhdudlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG