Accessibility links

Əlcəzairdə yaraqlıların insanları girov götürdüyü təbii qaz kompleksinə reyd başa çatıb


Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların insanları girov götürdüyü təbii qaz kompleksinə reyd başa çatıb. Xəbərlərdə 34 girov və 15 girovdarın öldürüldüyü bildirilir. Hadisə ilə bağlı ziddiyyətli məlumatlar verilir.

Əlcəzairin Kommunikasiya naziri Məhəmməd Səid terrorçuların böyük hissəsinin zərəsizləşdirildiyini deyib. nazir bir neçə girovun öldürüldüyünü bildirib.

Mavritaniyanın ANİ xəbər agentliyi tələfatla bağlı məlumatın yaraqlıların birindən əldə etdiyini bildirir.

Əlcəzairin mətbuat xidməti 30 əlcəzairlinin,digər mənbələr isə xaricilərin hadisə yerindən qaçmağa nail olduğunu deyib. Mətbuat xidməti yerli mənbələrə istinadən yaraqlıların 4 girovu xilas etdiyini bildirib.İ lkin məlumatlarda onların bir kenyalı, bir fransız və iki britaniyalı olduğu bildirilmişdi.

Əl-Qaidə ilə əlaqəsi olan islamçı yaraqlılar Fransanın Malidə hərbi əməliyyatlarına etiraz əlaməti olaraq, BP-yə məxsus təbii qaz yatağında çalışan 41 xarici ölkə vətəndaşını girov götürüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG