Accessibility links

Gəncədə qadını girov götürən şəhər sakini saxlanılıb


A man slides down a snow-covered hill in the northwest of Washington, D.C. Some 4 to 6 inches (10 to 15 cm) of snow fell in the city overnight, bringing closures to schools and government offices.
A man slides down a snow-covered hill in the northwest of Washington, D.C. Some 4 to 6 inches (10 to 15 cm) of snow fell in the city overnight, bringing closures to schools and government offices.

Əlindəki qumbara zərərsizləşdirilib

Gəncə şəhəri Dədə Qorqud küçəsi, yaşayış binasında bir kişi evdə qadını girov götürüb.

KəpəzTv-nin məlumatna görə ələlik şəxsiyyəti dəqiqləşdirilən həmin kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.

Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.

Partlayış törətmək istəyən şəxslə danışıqlar aparılır.

Son məlumatlara görə, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb.
XS
SM
MD
LG