Accessibility links

Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyatın inkişaf göstəriciləri haqda hesabatı yayımlandı


Hesabatda iqtisadiyyatl inkişaf etməkdə olan ölkələrdə ötən illərə nisbətən daha az inkişafın müşahidə olunduğu bildirilir

Beynəlxalq Valyuta Fondu Avropada davam edən borc problemlərinə görə qlobal iqtisadi inkişafın zəiflədiyini, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə artım səviyyəsinin gözlənilən nəticələrdən daha aşağı olduğunu bildirib.

BVF ekspertləri qlobal iqtisadiyyatın əvvəl ehtimal olunandan daha az artacağını bildirərək, bu il üçün 3.5 faiz, 2013-cü ildə isə 3.9 faiz artmı müşahidə olunacağını proqnozlaşdırıb.

Bazar ertəsi günü Vaşinqtonda təqdim olunan hesabatda bildirilir ki, Avropanın iqtisadi vəsiyyətinin yaxşılaşdırılması səyləri gecikdiyi təqdirdə, ya da Vaşinqtonda xərclərin azaldılması və vergilərin artırılması məsələsində siyasi həll yolu tapılmasa, bu zaman iqtisadi vəziyyət daha da pisləşə bilər.

Çində artımın bu il üçün 8 faiz, gələn il isə daha da çox olacağı proqnozlaşdırılır. Hər iki rəqəm təxmin olunandan daha aşağıdır və əvvəllki iki illə müqayisədə daha azdır.

BVF ekspertləri iqtisadiyyatı durmadan inkişaf edən Hindistanda artımın altı faizdən çox olacağını, gələn il isə iqtisadi inkişafın daha sürətlənəcəyini təxmin edirlər. Lakin bu rəqəmlər də əvvəlki illərdən və əvvəlki təxminlərdən daha aşağıdır.
XS
SM
MD
LG