Accessibility links

Təhlil: Peyvəndlərin effektivliyinə ictimai inam varmı? [Video]


Təhlil: Peyvəndlərin effektivliyinə ictimai inam varmı? [Video]
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Təhlil: Peyvəndlərin effektivliyinə ictimai inam varmı? [Video]

London və Sinqapurda məsələyə dair birgə araşdırma aparılıb.

Araşdırmaçılar deyir ki, vaksinlərə ictimai inamsızlıq qızılca kimi xəstəliklərinin yayılmasına səbəb olur. London və Sinqapurda aparılan birgə araşdırma göstərir ki, peyvəndlərin effektivliyi, təhlükəsizliyi və mühümlüyünə dair ictimai inam müxtəlif səviyyələrdədir.

Konqo Demokratik Respublikasında səhiyyə işçiləri Kinşasa küçələrində gəzərək ictimaiyyəti sarı qızdırma peyvənd proqramına qoşulmağa çağırır.

Konqo və Anqolada bu il yayılan xəstəlik yüzlərlə insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı hər iki ölkədə 15 milyondan çox insanın peyvənd olunmasını qarşıya məqsəd qoyub.

"Əgər hamı vaksin vurdursa, ölkəmiz sarı qızdırmadan azad olar" - Linqala baş həkimi Mosala Mireyli bildirir.

London Gigiyena və Tropik Tibb Məktəbinin araşdırması göstərir ki, Afrika regionundakı insanlar vaksinlərin təhlükəsizliyinə dünyanın başqa bölgələrindən daha çox inanır. Burada cəmi 7.4 faiz respondent peyvəndlərin təhlükəsiz olmasına etibar edir. İkinci yerdə isə Cənub-Şərqi Asiyadır.

Avropada bu rəqəm 15.8 faizdir ki, burada Fransa öndə gəlir. Belə ki, vaksinlərin təhlükəsizliyinə dair sorğuda iştirak edənlərin 41 faizi onların təhlükəsizliyinə inanmır.

Həkim Heydi Larson: "Hepatit B və bir neçə skleroz arasındakı bağlılığa dair narahatlıqlar elmi cəhətdən təsdiq edilməsə də ciddi təşviş mənbəyidir. Bu gün hələ də HPV vaksininin yan təsirlərinə dair ciddi narahatlıqlar mövcud olsa da, bu da elmi cəhətdən təsdiqini tapmayıb".

((NARRATOR))
Fransada inansızlıq həm də 2009-cu ildə yayılan H1N1 virusina qarşı atılan addımlarla bağlıdır. O zaman hökumət 94 milyon doza vaksinə 1.4 milyard dollar xərcləmişdi. Bu peyvəndlər böyük bir qismi israf və ya məhv edilmişdi.

Həkim Larson inamsızlığı verəcəyi nəticələrdən narahatdır: "Bunun nəticələri çox fəlakətli ola bilər. Əgər gələcəkdə epidemiya vaksinlərilə bağlı belə vəziyyət yaşansa, ciddi narahatlığa səbəb olar".

Tədqiqatçılar xəbərdarlıq edir ki, inamın azalması insanların peyvəndləri rədd etməsinə səbəb olar bilər və bu, xəstəlik kütləvi yayılmasına səbəb olar.

Ancaq araşdırma xəstəliklərə qarşı uşaqların peyvənd olunmasına qlobal inamın yüksək səviyyədə olduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG