Accessibility links

ABŞ-da glütensiz ərzaq sahəsində böyük artım müşahidə edilir [Video]


ABŞ-da glütensiz ərzaq sahəsində böyük artım müşahidə edilir. Son rəy sorğularına görə, ötən il dənlilərsiz şirniyyat satışı 6.2 milyard dollar təşkil edib.

Bunların məxsusiliyi ondan ibarətdir ki, burada tipik məhsullardan istifadə edilmir. Adətən peçenyalar un, süd, yumurta kimi məhsullardan hazırlanır. Bunlarda isə onların heç biri yoxdur. Buğda, arpa və çovdarın tərkibində olan qlütenə bir çox insan həssasiyyət göstərir.

Bu ləziz şirniyyat şirkəti artıq dörd ildir ki, fəaliyyətdədir. Ötən il peçenyaların gətirdiyi gılir 5 milyon dollar təşkil edib. Amerikada bu sahədə fəaliyyətdə olan 300 şirkət var.

Qlütenə allergiyası olmayan insanlar belə bu məhsullara üstünlük verir. İndi qlütensiz şirniyyat mağazaların piştaxtalarına üz tutub.
XS
SM
MD
LG