Accessibility links

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib


Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib

Fevralın 11-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müraciətdə martın 4-də 3 məkandan biri - “Füzuli” meydanı, “Nərimanov” metrostansiyasının qarşısı və “Təbriz” kinoteatrının qarşısındakı meydanda, saat 15:00-dan 17:00-dək ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçiriləcəyi bildirilir. Mitinqdə “Siyasi məhbuslara azadlıq!”, “Qarabağ!” və “Rüşvətə yox!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib
Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) üzvü Rəşad Həsənov da Amerikanın səsinə verdiyi açıqlama da məlumatı təsdiq edib. O bildirib ki, GHMK Bakı Şəhər İcra Hakimiyyətinə 4 martda gənclərin razılaşdırılmış mitinqi üçün müraciət edib: "Biz istəyirik ki, bu mitinq dinc şəkildə olsun. Sona qədər də bunun üçün çalışacağıq. Müraciət ərizəmizdə nə kimi şüarların olacağını göstərmişik. Ümumiyyətlə, əsas tələblərimiz ölkəmizin ərazi bütövlüyünün bərpası, təhsildə rüşvət və siyasi məhbusların azad edilməsidir. Bununla yanaşı təbii olaraq da ifadə və toplaşma azadlığımızın da mitinqə razılaşmaqla təmin olunacağını düşünürük".

Rəşad Həsənov deyir ki, BŞİH təklif edilən yerlərdə aksiya keçirməyə icazə verməsə, onlar dialoq aparağın tərəfində olacaq: "BŞİH-nin təklif edəcəyi yerin bizim üçün əlverişli olub-olmadığını müzakirə edib son qərarımızı verəcəyik".

Gənclərin Hüquqlarını Müdafiə Komitəsində "Müsbət Dəyişiklik", "Dalğa" Gənclər Hərəkatı, "NİDA" Vətəndaş Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Həmrəyliyi və Azərbaycan Demokrat partiyalarının gənclər təşkilatları, eləcə də Azad Gənclik, İnsan Hüquqları Klubu təmsil olunurlar.

XS
SM
MD
LG