Accessibility links

Güntay Gəncalp: Azərbaycan tarixi yalan üzərində qurulub [Audio]


Güntay Gəncalp
Güntay Gəncalp
Finlandiyada mühacirətdə yaşayan publisist Güntay Gəncalp Amerikanın Səsinə müsahibədə Azərbaycan tarixinin yazılış tərzini tənqid edib. Onun sözlərinə görə müxtəlif siyasi rejimlər altında formalaşan tarixi şüur əksər hallarda qüsurlu şəxsiyyətləri milli qəhrəmana çevirərək Azərbaycanın təkamülünü yanlış istiqamətə yönəldib.

Güntay Gəncalp: Azərbaycan tarixi yalan üzərində qurulub
please wait

No media source currently available

0:00 0:13:51 0:00

Əslən Ərdəbil vilayətinin Muğan bölgəsindən olan araşdırmaçı yazarın son zamanlarda Səfəvilər dövləti, onun banisi Şah İsmayıl Xətai, habelə Hurufilər və İmaddəddin Nəsimi ilə bağlı yazdıqları böyük polemikalara səbəb olub. Güntay Gəncalpın fikrincə şiəliyi Azərbaycan gətirməklə, bu toplumu türk dünyasından ayıran Şah İsmayıl Azərbaycan dövlətçiliyini formalaşdıran deyil, onun təkamülünün qarşısını alan bir şəxs sayılmalıdır. Belə ki, onun qurduğu dövlət Azərbaycan məmləkətinə deyil, İran imperiyasının yaranmasına yol açdı.
İndiki İslam Respublikası Səfəvilər dövlətinin varisidir.
Güntay Gəncalp
Güneyli publisist hesab etdiyini bildirib ki, uzun müddət Azərbaycan türkləri yad siyasi rejimlərin əsarəti altında yaşadıqlarından onların tarixləri də həmin qüvvələr tərəfindən diktə edilib. Nəticədə, Azərbaycan xalqına qəhrəman qismində bu millətin həqiqi qurucuları və şəxsiyətləri deyil, Sovetlərin yaxud İrançıların müsbət hesab etdiyi şəxsiyyətlər sırıdılıb.

"Səfəvilər" kitabı
"Səfəvilər" kitabı
Səfəvilər kitabının müəllifi müasir tarix elmini “sadəcə tarixi olayların sadalanması kimi” deyil, “olayların incələnməsi” kimi qiymətləndirir. Onun sözlərinə görə, “tarixçilik” ilə “tarix yazmaq” eyni şeylər deyil, və indiki tarixçilər keçmişdəki tarix yazarlarının yazdıqlarına istinad edərək indi məqbul olan informasiya əsasında tarixi olayları təhlil etməlidirlər.

Güntay Gəncalpın Səfəvilər kitabı, Fərman Kərimzadə və Çingiz Abdullayevin əsərləri ilə birlikdə Qanun Nəşrlər Evinin 2012-ci ildə Azərbaycan Respublikasında ən çox satılan yerli yazarların kitabları siyahısına daxil olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG