Accessibility links

Gökhan Bacik: "Türkiyədə İran azərbaycanlıların vəziyyətinə böyük diqqət verilmir"[Video]


Qaziantep universitetinin professoru Gökhan Bacik Zoqby araşdırma mərkəzinin yeni sorğusu sorğuvə Türkiyə-İran münasibətlərinin bugünkü durumunu şərh edir

Yeni keçirilmiş sorğu Türkiyədə və Azərbaycan da daxil olmaqla Yaxın Şərq və Mərkəzi Asiya regionlarında İrana qarşı mənfi münasibətin artdığını göstərir.

“20 ərəb və müsəlman ölkəsində İran və onun siyasətinə münasibət” adlı sorğu Zogby Araşdırma Mərkəzi tərəfindən aparılıb.

Təhlilçilər bunun əsas səbəbini İranın İraq, Suriya və körfəz ölkələrinə münasibətdə yürütdüyü siyasətlə əlaqələndirir.

Qaziantepdə Zirvə universitetinin professoru, Türkiyə-İran məsələləri üzrə təhlilçi Gökhan Baciklə mövzunu Amerikanın Səsinə şərh edib.

Təhlilçinin sözlərinə görə, Türkiyə əhalisinin İranla bağlı mövqeyinə təsir göstərən başlıca amillər Suriya və PKK məsələlərində Tehranın mövqeyi ilə izah edilir.

Gökhan Bacik Yaxın Şərq və Şimali Afrika ölkələrində Ərəb baharından sonra regionda sünni-şiə məsələsinin siyasi müstəviyə çıxarılması kimi bir tendensiyanın gücləndiyini qənaətində olduğunu bildirib.

O, Ərəb baharından sonra Türkiyənin bölgədə bir sıra ölkələr üçün model kimi çıxış etməsi tərəfdarı olmadığını bildirərək, Türkiyənin daha çox bu ölkələr üçün ilham mənbəyi ola biləcəyini düşündüyünü bildirir.

Gökhan Bacik Türkiyədə İran azərbaycanlılarının problemlərinə diqqətin çox olmadığını deyir. Onun sözlərinə görə, Türkiyə cəmiyyətində azərbaycanlıların məsələsi dedikdə Qarabağ münaqişəsi nəzərdə tutulur. O, Türkiyədə İrandan siyasi səbəblərə görə sığınacaq tapmış azərbaycanlıların problemlərinin mütəxəssislərin araşdırmaları və bəzən mediada əksini tapdığını deyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG