Accessibility links

Gömrük Komitəsi inhisarçılığa qarşı mübarizəyə başlandığını bildirir


Azərbaycanın gömrük xəritəsi
Azərbaycanın gömrük xəritəsi

Xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə,bu barədə Dövlət Gömrük Komitəsi Maliyə Tarifvə Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov yanvarın 5-də bildirib.

2015-ci il dekabrın 29-da president İlham Əliyev bildirib ki, inhisarçılığa qarşı mübarizə daha da gücləndiriləcək. “İnhisarçılığa qarşı əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli, rəqabəti təmin etməliyik”, dövlət başçısı qeyd edib.

Ölkə başçısı bunun söz olaraq qalmayacağını, prosesə şəxsən nəzarət edəcəyini və nəticəsini hər kəsin görəcəyini də bəyan efib. “Hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizmlər işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatlarında görməlidirlər”,

Prezidentin bəyanatından sonra Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev monoıpoliyanın ləğvinə hazırlığın getdiyini faktiki olaraq təsdiq edib. “Sahibkarlara müraciət edərək tövsiyyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar”.

Vahabovun fikrincə, idxal oplunan mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz.

“Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıalrın maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, əgər mal düzgün bəyan olunmayıbsa QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və Gömrük Tarifi Haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir”.

İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxlərdir.

Mirqasım Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar mürəciət edib qiymətlərlə tanış ola bilərlər.

“Bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG