Accessibility links

Prezident gömrük sistemində islahatlarla bağlı sərəncam imzalayıb


Azərbaycanın gömrük xəritəsi
Azərbaycanın gömrük xəritəsi

Martın 4-də prezident İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident Nazirlər Kabinetinə məcburi sertifikatlaşdırılmalı olan malların siyahısını iki ay müddətində azaltmağı tapşırıb. Hökumət bu müddətdə həm də baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların vahid siyahısını qəbul etməlidir.

Sərəncamda Dövlət Gömrük Komitəsinə (DGK), kənd təsərrüfatı və səhiyyə nazirliklərinə də tapşırıqlar verilib.

DGK iki ay müddətində “Gömrük Məcəlləsi”ndə nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu təmin etməlidir. Məqsəd məmur-vətəndaş təmasının minimuma endirilməsidir.

Bundan sonra komitə mal dövriyyəsini sürətləndirmək məqsədi ilə ixracatçı ölkə tərəfindən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradacaq və aidiyyəti dövlət orqanlarını bu barədə elektron formada məlumatlandıracaq.

Vaxt itkisini aradan qaldırmaq məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş sertifikatların əvvəlcədən yoxlanılması və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirmək də DGK-ya həvalə olunub. Bu tələb mülki dövriyyəsi məhdudlaşdırılmış mallara da aiddir.

Xatırladaq ki, mətbuatda son vaxtlar gömrük statistikası ilə bağlı müxtəlif ifşaedici materiallar dərc olunur. Güzgü mexanizmi ilə hesablamalar əsasında ekspertlər iki ölkənin sərhədlərindən keçirilən eyni məhsulların statistikasında dəfələrlə fərq ortaya çıxarıb. Məsələn, Rusiya, İran, Türliyə, Gürcüstan gömrük orqanlarındakı rəqəmlər AGK-nin statistikasından dəfələrlə çoxdur.

Prezident DGK-ya xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etməyi tapşırıb.

DGK həmçinin iki ay müddətində gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflər hazırlamalıdır.

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək qaydaların layihəsi də bu müddətdə prezidentə verilməlidir.

DGK dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı zamanı sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflər hazırlamalıdır.

Dövlət sərhədindən keçidlə bağlı olan bütün dövlət qurumlarının informasiya resurslarının inteqrasiyası də yaxın vaxtlarda aparılması nəzərdə tutulan tədbirlər sırasındadır.

Eyni zamanda altı ay müddətində gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələri yaradılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG