Accessibility links

Bakıda narkotik və partlayıcı maddələrdə istifadə olunan kimyəvi vasitələrin qanunsuz dövriyyəsi müzakirə edilir


"Qlobal qalxan" təlim kursu
"Qlobal qalxan" təlim kursu

“Qlobal Qalxan” ÜGT-nın proqramıdır. BMT-nin, İnterpolun dəstəyi və ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilir

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Qlobal Qalxan” proqramı çərçivəsində 2-ci təlim kursu işə başlayıb. , “Qlobal Qalxan” Ümumdünya Gömrük Təşkilatının proqramıdır, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, eləcə də İnterpolun dəstəyi və ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilməklə həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, tədbirə Azərbaycan, Gürcüstan, Ukrayna, Pakistan, ABŞ, Kanada və Böyük Britaniya nümayəndələri, eləcə də Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri qatılıb.
ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze deyib ki, təlim kursu narkotik və partlayıcı maddələrin hazırlanmasında istifadə olunan kimyəvi vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunub. V.Mikeladze proqram çərçivəsində bu il Bakıda daha iki təlim kursunun keçiriləcəyini də diqqətə çatdırıb.
ÜGT-nin nümayəndə heyətinin rəhbəri Cefri Vikett bildirib ki, kimyəvi silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyət vacibdir. “Bu baxımdan, tədbirə qatılan iştirakçı ölkələrin sözügedən sahədə əldə etdikləri bilik və təcrübə, eləcə də məlumat mübadiləsi ümumi işə böyük fayda verə bilər”.
“Qlobal Qalxan” proqramı çərçivəsində 2-ci təlim kursu avqustun 31-dək davam edəcək.
XS
SM
MD
LG