Accessibility links

Google ABŞ rəsmilərinin e-mail hesablarının hücuma məruz qaldığını bildirir


Google ABŞ rəsmilərinin e-mail hesablarının hücuma məruz qaldığını bildirir
Google ABŞ rəsmilərinin e-mail hesablarının hücuma məruz qaldığını bildirir

ABŞ dövlət katibi Hillari Klinton Google şirkətinin ittihamları ilə bağlı Federal Kəşfiyyat Agentliyinin təhqiqat apardığını bildirib. Bu gün Vaşintonda danışan xanım Klinton deyib ki, ittihamlar olduqca ciddidir. Google şirkəti bildirir ki, Çin hakerləri ABŞ rəsmiləri, jurnalistlər və siyasi fəallar da daxil olmaqla, yüzlərlə insanın e-mail hesablarına daxil olub.

İnternet şirkətinin məlumatına görə, Gmail hesablarının istifadəçi kodlarının oğurlanmasının Çinin şərqindəki Cinan bölgəsindən qaynaqlanıb. Məlumatda kimlərin hesablarının sındırıldığı deyilməsə də Ağ Ev bildirir ki, ABŞ hökumətinin hesablarının hücuma məruz qaldığına dair heç bir əsas yoxdur.

Google-un məlumatına görə, qurbanlar dostlarından və ya başqa etibarlı mənbələrdən gələn saxta mesajlar vasitəsilə kodlarını yazmaqla aldadılıb.

XS
SM
MD
LG