Accessibility links

Google Çinə güzəştə getdi


Google Çinə güzəştə getdi
Google Çinə güzəştə getdi

Google axtarış səhifəsinə daxil olan istifadəçi filterdən keçirilməyən Honq Konq bölməsinə yönləndirilməyəcək

Çində internet istifadəçiləri artıq Google axtarış səhifəsinə daxil olan zaman avtomatik olaraq saytın filterdən keçirilməyən Honq Konq bölməsinə yönləndirilməyəcək. Bunun əvəzində isə, Çin səhifəsində Honq Konq saytına yönləndirəcək link yerləşdirilib. Google Çin saytında musiqi və mübahisə doğurmayacaq xidmətlərini təklif etməyə davam edəcək. Amerikanın internet nəhəngi senzura və insan haqları fəallarının e-mail hesablarına müdaxilə cəhdlərinə etiraz əlaməti olaraq istifadəçilərini Honq Kong səhifəsinə yönəltməyə başlamışdı. Ancaq Google-un hüquq məsələləri üzrə direktorunun bildirdiyinə görə, Çin şirkətə xəbərdarlıq edib ki, bu addım davam edəcəyi təqdirdə Google-un ölkədə fəaliyyət lisenziyasının müddəti uzadılmayacaq. Lisenziyanın müddəti sabah başa çatır.

XS
SM
MD
LG