Accessibility links

Google-dan yeni ixtira: Sürücüsüz avtomobillər [Video]


Google-un özünü idarə edən avtomobili Kaliforniya və Nevada kimi qərb ştatları üçün təəccüblənəcək mənzərə deyil. Belə ki, bu ştatların qanunvericiləri bu növ ideyalara daha açıqdırlar.

Bu günədək Google sükanı, pedalı və sürücü oturacağı olan standard avtomobilləri öz-özünü idarə edən ancaq sürücünün istənilən vaxt nəzarəti üzərinə götürə biləcək avtomobillərə çevirirdi.

Ancaq Google-un keçən həftə təqdim etdiyi iki-oturacaqlı kompakt maşın tamamilə yeni məfhumdur. Belə ki, sərnişinin istiqamətə, sürətə və ya əyləcə nəzarət edə bilmə imkanı yoxdur.

Avtomobilin içərisində yerləşdirilən kompyuterə gedəcəyiniz ünvanı daxil etdikdən sonra sərnişinlər mənzərələri seyr edə və ya kompyuterdə baş verən prosesi izləyə bilər. Avtomobilin sürəti saatda 40km-ə məhdudlaşdırılıb.

Google rəsmilərinin yayımladığı video görüntüdə şirkətin öz-özünü idarə edən avtomobillər üzrə direktoru Kris Armson yeni arabanın sadəcə prototip olduğunu vurğulayıb.

Kris Armson: Öz-özünü idarə edən avtomobilə sahib olmanın həqiqətəndə nə mənaya gəldiyini araşdırmaq bizim üçün fürsətdir. Ancaq qısa zamanda biz bunun üzərində işlədik və hazırda çalışa bilən prototipə sahib olduq. Bu sevindiricidir.

Armson bildirir ki, Google insanların avtomobilləri çağıra biləcəyi və onları istədikləri yerə götürə biləcəkləri texnologiya inkişaf etdirmək istəyir. Avtomobil sonra növbəti sifarişçiyə gedəcək.

Belə görsənir ki, 2020-ci ilədək yarı nəzarətli avtomobillər geniş yayılacaq, deyə Klemson Universitetinin Avtomobil mühəndisliyi üzrə professor Zoran Filipi bildirir.

Zoran Filipi: Bir avtomobildə olarkən digər fəaliyyətlərdən həzz ala biləcəyik. Və ən vacibi biz yol tıxacında olduğumuz vaxt.

Filipi deyir ki, biz maqistral yollarda avtomobili sürmək yükündən azad olsaq da, gedəcəyimiz yerə yaxınlaşdığımızda nəzarəti əlimizə götürəcəyik.

Google bəzilərində sürücü nəzarəti olacaq bu prototiplərdən 100 ədəd istehsal etməyi planlaşdırır və Kaliforniya yollarında sınaqdan keçirəcək. Əgər hər şey yaxşı gedərsə biz gələcəyə sürücüsüz avtomobillərlə irəliləyəcəyik.
XS
SM
MD
LG