Accessibility links

`Google` gerçək həyatda gənc istedadlar axtarışındadır


`Google` gerçək həyatda gənc istedadlar axtarışındadır
`Google` gerçək həyatda gənc istedadlar axtarışındadır

Yarışda iştirak etmək üçün sadəcə internetə çıxışınızın və təxəyyülünüzün olması kifayətdir

Virtual axtarış mühərriki Google gerçək həyatda gənc istedadlı alimlər, mühəndislər və ixtiraçılar axtarışındadır. Şirkət dünyanın hər bir yerindən 13 və 18 yaşlı tələbələr arasında işə götürmək üçün qlobal müsabiqə elan edib.

21-ci əsrin müsabiqə modeli ola biləcək üsulla artıq Google Elmi Yarmarkası iştirakçılarının biri-biri ilə rəqabət aparmaları üçün fiziki şəkildə bir yerdə olmaları tələb edilmir.

Din Keymən: `Yarışda iştirak etmək üçün sadəcə internetə çıxışınızın və təxəyyülünüzün olması kifayətdir.`

`Segway electric`-in ixtiraçısı sahibkar Din Keymən deyir ki, yarışa qoşulmaq çox asandır.

Din Keymən: `Google.com/science fair ünvanını internetə əlavə edirsiniz. Qeydiyata düşməyin yollarını başa salan şablon açılacaq. İştirak etmək üçün bütün kateqoriyalar səhifədə açılacaq.`

Münsiflər heyyəti qrand mükafatı qalibini və bir neçə yaş kateqoriyasında ən yüksək siqnallları iyul ayının 11- də elan edəcək. Keymənin sözlərinə görə qalib gələn şəxs mükafat alacaq.

Din Keymən tanınmış alimlər və Nobel mükafatı lauriatları ilə bərabər qalib gələn şəxsi müəyyən etməyə kömək edəcək.

Din Keymən tələbələrin Google Elmi Yarmarkada iştirak etmələri üçün iki səbəbin olduğunu deyir.

Web site: Google Science Fair / Screen shot
Web site: Google Science Fair / Screen shot

Din Keymən: `İlk növbədə bu onların özünə lazımdır. Ona görəki bu uşaqların gələcəkdə maraqlı işlər əldə etmələri üçün onlardan elmi və texnoloji sahələrədə mütəxəssis olmaları tələb olunacaq. Bundan başqa çoxlu gəncin bu yarmarkada iştirakından bütün dünya xeyir əldə edəcək. Yəni biz davamiyyətsizlik məsələləri, tibb sahəsində problemlər kimi bir sıra qlobal problemlərlə üzləşməkdəyik.`

Keymən bu günkü gənclərin sabahkı problemləri həll edə biləcəklərində nikbindir. Onun fikrincə bu günkü gənclər əvvəlki nəsillərdən daha çox biliyə və imkana malikdirlər.

Google Elmi Yarmarkada qeydiyyata alınma aprel ayının 4-nə qədər davam edəcək. İxtiraçı Din Keymən dünyanı inkişaf etdirəcəklərinə inandığı qaliblərlə, sabahın elmi qalibləri ilə tanış olmağı səbirsizliklə gözlədiyini deyir.

XS
SM
MD
LG