Accessibility links

Google Iranda haker cəhdlərinin artdığını bildirir


Exterior view of Google headquarters in Mountain View, Calif., undated file photo.
Exterior view of Google headquarters in Mountain View, Calif., undated file photo.

Google şirkəti cümə günü prezident seçkilərindən öncə İrandan elektron poçt vasitəsilə haker cəhdlərinin artdığını bildirib.

ABŞ-ın internet şirkəti olan Google açıqladığı bəyanatda üç həftə ərzində iranlı istifadəçilərin hesablarına zərər vurulması məqsədilə haker fəaliyyətlərini aşkar edərək zərərsizləşdirildiyini bildirir.

Google şirkətinin vitse-prezidenti Erik Qrossun açıqlamasında deyilir ki, haker hücumlarının baş verdyi vaxt və bu hüucmların hədəfləri nəzərə alındıqda kampaniyanın siyasi xarakter daşıdığı aydın lur. O bundan əlavə detallara toxunmayıb.

Google haker kampaniyası zamanı istifadəçilərin saxta Google səhifəsinə yönəldilərək, onların adladı və şifrələrinin oğurlandığı barədə xəbərdarlıq edib. Şirkət istifadəçilərə internet hesablarını gücləndirmək üçün hesablara daxil olmaq üçün şifrədən əlavə informasiya daxil edərək, iki mərhələli verifikasiya sistemi tətbiq etməyi tövsiyə edib.

Google haker cəhdlərinə görə kimin məsuliyyət daşıdığı haqda məlumat verməyib.
XS
SM
MD
LG