Accessibility links

Google şirkətinin yeni elektron eynəkləri (VİDEO)


Google şirkəti yaxın gələcəyimizin necə olacağı barədə fikir yaradan yeni cihazını açıqlayıb.

Amerikanın Səsinin məlumatına görə, İnternet nəhəngi bu həftə Nyu-York şəhərində yeni eynəyi ictimaiyyətə təqdim edib.

İnternetə bağlanan eynək istifadəçiyə gəzə-gəzə video-söhbət, xəritəni və istiqamətləri görmə imkanı yaradır. Bundan başqa eynək gözündə olan zaman sənə ən yaxın metro stansiyasının hansı olduğunu o dəqiqə öyrənə bilərsən.

Eynək vasitəsilə habelə foto-şəkillər cəkə və hansı dostlarının yaxınlıqda olması barədə məlumat əldə edə bilərsən.

Amerikanın Səsi bildirir ki,yeni eynəklər hələ ki sınaq mərhələsindədir və dükanlarda satışa çıxarılmayıb. Şirkət bu eynəkdən başqa hansa yollarla istifadə oluna bilməsi barədə ictimaiyyətin də fikirlərini öyrənmək istədiyini bildirib.

İnternet nəhənginin bildirdiyinə görə, onlar texnologiya mütəxəssislərinin narahatlıqlarını da nəzərdən keçirəcəklər. Ekspertlər özəl həyata müdaxilə və optik eynək taxanların bu cihazı necə istifadə edəcəyindən narahatdırlar.

XS
SM
MD
LG