Accessibility links

Elmar Məmmədyarov Macarıstana gedəcək


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Nazir Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 28-də Vışeqrad Qrupu və Avropa Birliyi (AB) “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə yola düşüb.

Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

İki günlük səfər çərçivəsində nazir Vışeqrad ölkələri və AB “Şərq Tərəfdaşlığı” ölkələri arasında münasibətlər, AB ilə Assosiasiya Sazişi çərçivəsində aparılan müzakirələr və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Nazir həmçinin tədbir çərçivəsində təşkil ediləcək GUAM ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

E.Məmmədyarov Macarıstan xarici işlər naziri Yanoş Martonyi və Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşlər keçirəcək.
XS
SM
MD
LG