Accessibility links

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığa önəm verir


Prezident Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Çakrabartini qəbul edib
Prezident Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Çakrabartini qəbul edib

Prezident İlham Əliyev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dövlət başçısı Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Əliyev bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib.

Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirib. O, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edib.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG