Accessibility links

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri birgə bəyannamə qəbul edib (yenilənib)


Xəzər regionu

Xəzər regionu

Nazirlər regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edib

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin görüşünün yekunu olaraq birgə bəyannamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə xarici işlər nazirlikləri arasında, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində məsləhətləşmələri davam etdirəcəkləri barədə razılığa gəliblər.

Terrorizm, ekstremizm və onun bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qanunsuz silah alveri, həmçinin insan alveri və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirəcəklərini xüsusi qeyd ediblər.

Birgə layihə və əməkdaşlıq təşəbbüsləri vasitəsi ilə müxtəlif sahələrdə, xüsusilə enerji, ticarət, nəqliyyat, mədəniyyət, turizm, təhsil və ətraf mühitin qorunması sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi barədə öhdəliklərini təsdiq ediblər;

Azərbaycan , Türkiyə və Türkmənistanda olan enerji və nəqliyyat layihələrinin vacibliyini vurğulayaraq, sözügedən sahələrdə əlaqələrin genişləndirilməsinin, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinin təminatı məqsədi ilə birgə irimiqyaslı layihələrdə işitrakın əhəmiyyətini, tarixi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.

Tərəflər siyasi dialoqun, əlaqələndirmənin, regional və beynəlxalq məsələlərdə əməkdaşlığın gücləndirilməsinə yönəldilən üçtərəfli görüşün müntəzəm olaraq keçirilməsinin vacibliyini bəyan ediblər.

Növbəti görüş 2014-cü ilin ortalarında Aşqabad şəhərində keçiriləcək.
***
Bakıda Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin görüş başlayıb.

Görüşdə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

Nazirlər regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Danışıqlardan sonra nazirlər mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasını bəyan etmişdi.
XS
SM
MD
LG