Accessibility links

ABŞ səfiri REAL-ın rəhbərləri ilə görüşüb


Robert Sekuta
Robert Sekuta

Fevralın 8-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfirliyin siyasi işlər üzrə müşaviri Susan Chesly, səfirliyin təmsilçisi William Solley ilə REAL-ın icra katibi Natiq Cəfərli və idarə heyətinin üzvü Azər Qasımlı arasında görüş olub. Bu barədə Natiq Cəfərli facebook səhifəsində yazıb.

Onun məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər, inkişaf perspektivləri, REAL Hərəkatının sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son günlərdə REAL-a qarşı artmaqda olan təyziqlər müzakirə edilib.

Görüşün sonunda müzakirələrin davamlı aparılması qərara alınıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG