Accessibility links

Sivil Toplum Platforması və İnsan Hüquqları Evləri Fondu görüş keçirib


Sivil Toplum Platforması və İnsan Hüquqları Evləri Fondu görüş keçirib

Sivil Toplum Platforması (STP) martın 31-də Bakıda İnsan Hüquqları Evləri Fondunun (HRHF) direktoru Mariya Daxlenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Turan agentliyi məlumat yayıb.

STP-nin yaradılmasının səbəbləri, qurumun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri haqda qonaqlara məlumat verilib.

STP nümayəndələri Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi durumu, vətəndaş cəmiyyəti institutlarının, insan hüquq və azadlıqlarının vəziyyətini qiymətləndiriblər.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

HRHF nümayəndə heyəti vətəndaş cəmiyyəti və insan hüquqları sahəsində vəziyyətlə tanışlıq məqsədilə Bakıya gəlib və Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev də daxil olmaqla, rəsmi şəxslərlə görüşlər keçirib.

M.Daxle qeyd edib ki, HRHF Azərbaycanda öz fəaliyyətinin bərpası imkanlarını və şəraiti öyrənir. Qurumun Bakıdakı ofisinin bərpasının mümkünlüyü də nəzərdən keçirilir.

Bundan öncə rəsmi səviyyədə beynəlxalq donorların işləmək üçün Azərbaycana dəvət edilməsi barədə bəyanatlar səslənib. Həmçinin onların fəaliyyəti üçün qanunverici məhdudiyyətlər azacıq yumşaldılıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG