Accessibility links

Hüseyn Zareiyanın ‘gözə göz qisas’ cəzası icra oluna bilər


İnsan haqları ilə bağlı məlumat yayan veb səhifələri keçən illərdə davaya qatıldığı üçün Təbriz Cəza Məhkəməsi 2-ci şöbəsinin 3 il həbs və ‘gözə göz qisas’ cəzasına məhkum etdiyi və hazırda Təbriz zindanında saxlanılan Hüseyn Zareiyanın həbs müddətinin bitdiyinə görə yaxın zamanda qisas cəzasının icra oluna biləcəyini bildirirlər.

Oyan News saytı və İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinə istinadən, Hüseyn Zareiyanın bir neçə il öncə qatıldığı dava nəticəsində qarşı tərəfin (iddiaçı) gözü kor olmuşdu.

Yayılan məlumata əsasən, Təbrizli məhkumun üç il həbs müddətini bitirdiyinə baxmayaraq hazırda Təbriz Mərkəzi Zindanının 12-ci bölməsində saxlanılmaqda olduğuna görə qisas hökmünün yaxın günlərdə icraya qoyulması ehtimal edilir.

İran mətbuatına istinadən ölkədə gözə göz qisas hökmü ilk dəfə 2015-ci ilin mart ayında Kərəcin Rəcayi-şərh zindanında həyata keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG