Accessibility links

AXCP sədrinin müavinini ölümlə hədələyənə 12 sutka verilib


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

Milli Şuranın üzvü. Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlını təhdid edən şəxsə inzibati qaydada 12 sutka həbs verilib. Bu barədə Amerikanın Səsinə Gözəl Bayramlının özü bildirib.

G.Bayramlı oktyabrın 28-də telefon vastiəsilə ölümlə təhdid edilib. O bununla bağlı Daxili İşlər Naziliyinə müraciət edib. Noyabrın 1-də G.Bayramlı Suraxanı Rayon Polis Idarəsuinə dəvət olunub və təhqiqat başlanıb. Noyabrn 23-də G.Byaramlıya verilən cavab həmin təhqiqatın nəticəsidir.

Milli Şura və AXCP G.Bayramlıya qarşı təhdiidi Milli Şura və AXCP-yə təzyiqlrin tərkib hissəsi kimi dəyərləndirib.

Noyabrın 23-də Suraxanı Rayon Polis İdarəsi Gözəl Bayramlıya təhdidlərlə bağlı təhqiqatın nəticələrinə dair cavab göndərib.

“Məni Suraxanı Rayon Polis İdarəsinin cavabı qane etmir və şikayətimi davam etdirəcəyəm. Məktubda deyilir ki, məni təhdid edən şəxsə 12 sutka inzibati cəza verilib. Mənim şikayətimin məqsədi təhdidlərin sifarişçilərini aşkar etmək idi. Polis bu sahədə hər hansı araşdırma aparmayıb. 12 sutka inzibati cəza verilən şəxs deyir ki, bu telefonu ona zəng etməyə veriblər, telefon ona aid deyil. Mənə zəng edilən telefonun sahibininkimliyi, təhdid sifarişini verənlərin kimliyi bəlli deyil.Yəni, polis hər hansı araşdırma aparmayıb, günahkarı aşkar etməyib”, o qeyd edib.

G.Bayramlı hesab edir ki, bu cavab təhdidlərin aydınlaşdırılması işində heç nəyə yaramır, odur ki, şikayətini davam etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG