Accessibility links

Britaniyalı Qraham Hüqs dünya ölkələrinə üçuşsuz səyahət edərək dünya rekordu sındırıb.Onun 201 ölkəyə etdiyi “Odessey”səyahəti yalnız quru və su yolu ilə həyata keçirilib.

33 yaşlı Qrahamın səyahəti 4 ilə yaxın, 1426 gün sürüb. O, planın ailə və dostlarının maliyyə yardımı ilə baş tutduğunu və yola 3 kiçik çatda ilə çıxdığını deyir. Graham səfərləri zamanı yalnız yerli yeməklər yediyini bildirir.

“Bir çoxları məni dəli, səyahətin qeyri-mümkün olduğunu hesab edirdi. Mənə Somali, Əfqanıstan və İraq kimi ölkələrə necə səyahət edəcəyim barədə suallar verilirdi.Amma bu ölkələrə getmək çox asan oldu”.

Qraham Türkiyə sərhədlərində vizadan imtina edildiyini və 10 günlük səfərlə İraqa getməsinə icazə verildiyini deyib.

Onun ayda bir dəfə yük gəmiləri gedən Sakit okeanı adası Sao Tom və Nauri kimi yerlərə səyahəti olduqca çətin olub. Qraham Afrika boyu səyahət edib, Konqo Demokratik Respublikasında casusluq ittihamı ilə nəzarət altına alınıb, Ceyp Verdedə həbsxanaya salınıb.

Britaniyalı səyyar onu insanların qonaqpərvərliyi və gülərüzlüyünün heyran etdiyini deyir. Qraham səyəhətinin ilk ili 133 ölkədə olub. O, BMT-yə üzv 193 ölkə, habelə Fələstin, Kosovo və Tayvan kimi bölgələrə səfər edib.

Qraham Hüqs bir gün vətəni Liverpulda lövbər salacağını bildirsə də, səyahət yolunun hələ uzun olduğunu deyir. Necə deyərlər yolçu yolda gərək.
XS
SM
MD
LG