Accessibility links

Los-Ancelesdə ən yaxşı rep albomuna görə Grammy mükafatına layiq görülən Kendrik Lamar səhnədə çıxışı ilə auditoriyanın rəğbətini qazanmaqla yanaşı, Ağ Evdən də alqışlar aldı.

Lamar "To Pimp a Butterfly" albomundakı mahnılarına görə daha üç Grammy mükafatına layiq görülüb. Reper pop-ulduz Teylor Sviftlə onun "Bad Blood" mahnısını ifa etdikləri birgə klipə görə Grammy mükafatı alıb.

Mərasimi "Out of the Woods" mahnısı ilə açan Svift az sonra ilin ən yaxşı albomu və ən yaxşı səsinə görə Grammy mükafatlarına layiq görülüb.

Grammy mükafatlarının təqdimatı mərasimində tamaşaçılar Brodveyin "Hamilton" musiqili tamaşasından parçalar, Adelin ifasında mahnıdan zövq ala bildi. Con Legend, Demi Lovato, Tayris və Luk Brayan isə birlikdə əfsanəvi Laynel Riççinin şərəfinə mahnı ifa etdilər.

Müğənnilər Mark Ronson və Bruno Mars "Uptown Funk" mahnısına görə ilin ən yaxş səs yazısı kateqoriyaında Grammy-yə layiq görülüb. İlin ən yaxşı mahnısı kateqoriyasında Grammy mükafatını isə "Thinking Out Loud" mahnısınının ifaçıları Ed Şiran və Emi Vedci alıb. Şirana eyni zamanda ən yaxşı rok ifaçısı kimi də Grammy təqdim edilib.

XS
SM
MD
LG